• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

All Medical tibbi turizm, erkən müayinə təşviqi, beynəlxalq tibbi konqreslərin təşkili və sosial layihələrə dəstək göstərir. Türkiyənin aparıcı xəstəxanaları və mütəxəssisləri ilə əməkdaşlıq edərək pasiyentlərə ən uyğun müalicəni təklif edirik.

Partnyor xəstəxanalarımıza aşağıdakılar daxildir:

· Medipol Mega Üniversite Xəstəxanası

· Acıbadem Sağlamlıq Qrupu

· Bahçeşehir Üniversitesi Xəstəxanası

· Hacettepe Üniversitesi Xəstəxanası

· Amerikan Xəstəxanası

· Koç Üniversitesi Xəstəxanası

· Medical Park Xəstəxanalar Qrupu

· İstinye Üniversitesi Xəstəxanası

· Liv Hospital Sağlamlıq Qrupu

· Liv Bona Dea Hospital (Bakı, Azərbaycan)

· Hisar Intercontinental Hospital

Müraciət üçün onlayn qeydiyyat formunu doldura və ya bizimlə birbaşa əlaqə saxlaya bilərsiniz. Formada ad, soyad, əlaqə nömrəsi, maraqlandığınız xəstəxana və sağlamlıq vəziyyətinizlə bağlı məlumatları daxil etməlisiniz.

1. Sizdən ilkin tibbi sənədləri və müayinə nəticələrini alırıq.

2. Türkiyədəki partnyor xəstəxanalara göndəririk.

3. Həkimlər nəticələri dəyərləndirib sizə uyğun müalicə planını təqdim edirlər.

4. Siz müalicə və xəstəxana seçiminizi edirsiniz.

5. Sizin üçün səyahət, yerləşmə və tibbi proseslər təşkil edilir.

Xeyr, bəzi hallarda ilkin müayinə və müalicə Azərbaycan və ya digər ölkələrdə partnyor klinikalarda həyata keçirilə bilər. Ancaq daha geniş və ixtisaslaşmış tibbi xidmətlər üçün Türkiyəyə getmək tövsiyə olunur.

Bəli, tibbi turizm paketimizə aşağıdakılar daxildir:

· Otel rezervasiyası – Xəstəxanaya yaxın rahat otellərdə yerləşmə

· Transfer xidməti – Hava limanı, xəstəxana və otel arasında nəqliyyat

· Tərcümə dəstəyi – Tibbi sənədlərin və həkim görüşlərinin tərcüməsi

· Xüsusi pəhriz və qidalanma – Pasiyentin ehtiyaclarına uyğun menyu

Bəli, All Medical tərəfindən təşkil olunan beynəlxalq tibbi konqreslər və seminarlar tibbi sahədə çalışan mütəxəssislər və tibb tələbələri üçün açıqdır. İştirak etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Müalicə müddəti pasiyentin sağlamlıq vəziyyətindən və müalicə metodundan asılı olaraq fərqlidir. Kiçik tibbi prosedurlar bir neçə gün, mürəkkəb əməliyyatlar və reabilitasiya prosesləri isə bir neçə həftə çəkə bilər.

Bəli, pasiyentlərimizin bütün tibbi və şəxsi məlumatları məxfidir və yalnız müalicə prosesinin təşkili üçün istifadə olunur.

Ödəniş prosesi seçilmiş xəstəxana və tibbi xidmətlərə görə dəyişir. Müalicə paketləri və əlavə xidmətlər üçün əvvəlcədən qiymətləndirmə aparılır və pasiyentə detallı məlumat verilir.