• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

"Erkən müayinə can qurtarır"

Ürək-Damar Xəstəlikləri: XXI Əsrin Səssiz Bəlası

Bu gün ürək-damar xəstəlikləri dünya səhiyyəsinin qarşısında duran ən böyük problemlərdən biridir. Statistik məlumatlara görə, bu xəstəliklər dünyada ölümə səbəb olan əsas amillərdən biridir. Xüsusilə infarkt və insult kimi fəsadlar qlobal səviyyədə ciddi narahatlıq doğuran faktorların başında dayanır.

Məhz bu məsələnin ciddiliyi dövlət siyasətində profilaktik tədbirlərin ön plana çıxmasını tələb edir. Statistikaya görə, ürək-damar xəstəliklərindən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdədir. Bu, cəmiyyətdə maarifləndirmə və profilaktika istiqamətində daha ciddi addımların atılmasını zəruri edir.

Son illərdə aparılan araşdırmalar göstərir ki, ürək-damar xəstəlikləri yalnız yaşlı insanlarda deyil, həm də gənclər arasında sürətlə yayılır. Bu tendensiya stress, qeyri-sağlam qidalanma, az hərəkətli həyat tərzi və pis vərdişlərin artması ilə birbaşa əlaqəlidir.

Profilaktika - Səhiyyənin Ən Güclü Silahı

Xəstəliklə mübarizədə ən əhəmiyyətli amil birincili profilaktikadır. Bu, səhhəti yerində olan insanlarda xəstəliyin yaranmasının qarşısını almaq, risk faktorlarını aradan qaldırmaq və orqanizmin müdafiə qabiliyyətini artırmaq deməkdir. Bunun üçün bir neçə sadə addım kifayətdir:

Mütəmadi tibbi müayinələr – Hər il azı bir dəfə ürək və damar sisteminin yoxlanılması.

Sağlam qidalanma – Yağlı, duzlu və şəkərli qidalardan uzaq durmaq, meyvə-tərəvəz, omeqa-3 baxımından zəngin qidalara üstünlük vermək.

Hərəkətli həyat tərzi – Gündə azı 45 dəqiqə sürətli addımlarla gəzmək.

Stress idarəsiMeditasiya, idman və ya hobbilərlə stressi idarə etmək.

Yetərli yuxuGecə azı 7-8 saat yatmaq.

Pis vərdişlərdən uzaq durmaq – Siqaret və alkoqol istifadəsini minimuma endirmək.

Fərqindəlik Yaratmaq - Həyat Qurtarmaq Deməkdir!

Təəssüf ki, insanlar çox vaxt xəstəliyin ciddi fəsadları özünü göstərdikdə səhiyyəyə müraciət edirlər. “Fərqindəlik - Erkən Müayinə Can Qurtarır” layihəsi olaraq biz təkcə xəstə insanlara dəstək olmağı deyil, eyni zamanda cəmiyyətdə sağlam həyat tərzinin vacibliyini vurğulamağı qarşımıza məqsəd qoymuşuq.

Unutmayaq ki, xəstəliklər bir-biri ilə əlaqəlidir və vaxtında atılan addımlar böyük problemlərin qarşısını ala bilər. Hətta tam sağlam insanlar belə ildə bir dəfə həkim müayinəsindən keçməklə risk faktorlarını azalda bilər. Yalnız bu şəkildə artmaqda olan xəstəliklərin və ağır fəsadların qarşısını almaq mümkündür.

💙 ALL MEDICAL - Erkən Müayinə Can Qurtarır! 🩺✨