• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Sağlam Gələcək Üçün

"Erkən müayinə can qurtarır"

Sağlam gələcək naminə həyata keçirdiyimiz maarifləndirmə və profilaktika layihələri cəmiyyətin sağlam həyat tərzinə keçidini təşviq etməyə yönəlib. Diabet, xərçəng və kardioloji xəstəliklərin qarşısının alınması məqsədilə sosial təbliğat, səyyar müayinələr və sağlam həyat tərzinin təşviqi kimi fəaliyyətlər həyata keçiririk. Əsas məqsədimiz risk faktorlarını azaltmaq, erkən diaqnostikanı dəstəkləmək və sağlamlıq haqqında maarifləndirməni artırmaqdır. Bu layihələr çərçivəsində müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq edərək genişmiqyaslı kampaniyalar təşkil edirik.