• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Fəaliyyətimiz

"Erkən müayinə can qurtarır"

Layihənin məqsədi – diabet, xərçəng və kardioloji xəstəliklər haqqında məlumatlılığı artırmaq, risk faktorlarını azaltmaq, profilaktik tədbirləri təşviq etmək və erkən diaqnostikanı dəstəkləyərək ölüm hallarının sayını azaltmaqdır. Bu proqram çərçivəsində cəmiyyətin sağlam həyat tərzinə keçidi təşviq ediləcəkdir.

Fəaliyyət Planı

Layihə çərçivəsində aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçiriləcəkdir:

1. Sosial təbliğat və maarifləndirmə

  • Televiziya, media və sosial şəbəkələrdə məlumatlandırıcı kampaniyalar təşkil ediləcək.
  • Məktəblərdə, universitetlərdə və iş yerlərində sağlamlıq mövzusunda seminarlar keçiriləcək.
  • Sosial şəbəkələrdə xüsusi həştəqlərlə maarifləndirmə aksiyaları aparılacaq.

2. Səyyar müayinələr və risk qiymətləndirilməsi

  • Şəhər və kənd yerlərində pulsuz tibbi müayinələr təşkil olunacaq.
  • Diabet, xərçəng və ürək-damar xəstəliklərinə qarşı fərdi risk hesabatları və sağlamlıq məsləhətləri təqdim ediləcək.
  • Sağlamlıq göstəricilərinin izlənilməsi üçün fərdi sağlamlıq pasportları paylanacaq.

3. Sağlam həyat tərzinin təşviqi

  • Sağlam qidalanma vərdişlərinin formalaşdırılması üçün tədbirlər və aksiyalar həyata keçiriləcək.
  • Fiziki aktivliyi artırmaq məqsədilə “Hər Gün 10 Min Addım” və digər sağlamlıq çağırışları keçiriləcək.
  • Siqaret və spirtli içkilərə qarşı maarifləndirmə sessiyaları təşkil ediləcək.

Əməkdaşlıqlar və dəstək

Layihənin icrasında aşağıdakı qurumlarla əməkdaşlıq ediləcək:

  • PAŞA Holding
  • Səhiyyə Nazirliyi
  • Dünya Səhiyyə Təşkilatı (DST)
  • TƏBİB
  • Tibb mərkəzləri və xəstəxanalar
  • İcma liderləri və özəl sektor

Gözlənilən nəticələr

Layihənin həyata keçirilməsi ilə aşağıdakı nəticələr əldə olunacaq:
✅ Cəmiyyətin xəstəliklər barədə məlumatlılığının artırılması
✅ Erkən diaqnostika və profilaktik tədbirlərin səmərəliliyinin yüksəlməsi
✅ Sağlam həyat tərzinin geniş təşviq edilməsi
✅ Erkən müayinənin vacibliyinin insanlara çatdırılması
✅ Xəstəliyə biganə qalmamaq üçün fərqindəlik səviyyəsinin yüksəldilməsi
✅ Xəstəlik statistikasındakı rəqəmlərə müsbət təsir göstərmək