• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Ürək-Damar Xəstəlikləri – XXI Əsrin Bəlaları

10 Fevral 2025

Ürək-damar xəstəlikləri, XXI əsrin ən ciddi sağlamlıq problemlərindən biri olaraq, dünyada ən çox ölümə səbəb olan xəstəliklərdəndir. Ölkəmizdə də bu xəstəliklərdən baş verən ölüm hallarının sayı çox yüksəkdir, hətta Tacikistandan sonra ikinci yerdədir. Son illərdə bu xəstəliklər yalnız yaşlılarda deyil, gənclər arasında da geniş yayılmağa başlayıb.

Ürək-damar xəstəlikləri ilə mübarizənin əsas prinsipi birincili profilaktikadır – sağlam insanlarda xəstəliyin qarşısının alınması və risk faktorlarının aradan qaldırılması. Mütəmadi həkim müayinəsi, sağlam həyat tərzinin qəbul edilməsi və zamanında dərman müalicəsi bu məqsədə xidmət edir. Sağlam qidalanma, düzgün yuxu rejimi və hər gün 45 dəqiqəlik sürətli yürüşlə ürək və qan-damar sistemimizin sağlamlığını qorumaq mümkündür.

Təəssüf ki, insanlar çox zaman yalnız xəstələndikdən sonra sağlamlıqlarını düşünməyə başlayırlar. “FƏRQİNDƏLİK – ERKƏN HƏYAT CAN QURTARIR” layihəsi olaraq məqsədimiz, insanları yalnız xəstəlikləri müalicə etməyə deyil, onların qarşısını vaxtında almağa yönəltməkdir. Erkən müayinə və profilaktik tədbirlər, xəstəliklərin ağırlaşmalarının qarşısını almağa və daha sağlam bir həyata nail olmağa kömək edir.