13 aprel 2025-ci il tarixində Zaqatala rayonu, Hayat Hospital ərazisində Fərqindəlik Layihəsi, PAŞA Holding, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Hayat Hospital və All Medical şirkətinin birgə təşkilatçılığı ilə Səyyar Müayinə və Maarifləndirmə Aksiyası uğurla keçirildi.
Zaqatala bölgəsi endokrin xəstəliklər üzrə endemik zona hesab olunduğundan bu aksiya həm tibb ictimaiyyəti, həm də yerli sakinlər üçün mühüm əhəmiyyət daşıyırdı.
Əsas Məqsədlər:
- Diabet və endokrin xəstəliklərin erkən aşkarlanması
- Profilaktik tədbirlərin təşviqi və maarifləndirmə
- Regionda risk faktorlarının aşkarlanaraq yönləndirilməsi
- Geniş ictimaiyyətə media və sosial şəbəkələr vasitəsilə çatmaq
Tibbi Xidmətlər və Statistika:
- Qan şəkərinin ölçülməsi, risk faktorlarının qiymətləndirilməsi
- Qalxanvari vəzin USM müayinəsi
- Uşaqlarda və böyüklərdə diabetin ilkin diaqnostikası
- Aşkarlanan ağır hallar İcbari Tibbi Sığorta çərçivəsində ixtisaslaşmış müalicəyə yönləndirildi
- Şəkər aşkarlanan şəxslərə şəkərölçmə cihazları təqdim edildi
Həkim Heyəti:
- Dr. Kəmalə Orucova – Terapevt-endokrinoloq
- Dr. Gülxanım Qurbanova – Endokrinoloq
- Dr. Xanım Atayeva – Endokrinoloq
- Dr. Nuranə Süleymanova – Endokrinoloq
- Dr. Günay Məmmədova – Endokrinoloq, radioloq
- Dr. Xalidə Məmmədova – Endokrinoloq
Maarifləndirici Sessiyalar:
- Diabetin erkən aşkarlanması və nəzarət mexanizmləri
- Sağlam həyat tərzi və düzgün qidalanma
- Endokrin xəstəliklərin fəsadları və profilaktika
Əlavə Aktivliklər:
- Sual-Cavab Sessiyası: Həkimlərlə fərdi məsləhətlər
- “Dilək Ağacı” aktivliyi: iştirakçılar motivasiya mesajlarını yazaraq paylaşdılar
- Fotozona və sağlam içkilərlə sosial mühit yaradıldı
Promo Materiallar:
- Flayer və broşürlər
- Diabet və endokrin xəstəliklərlə bağlı maarifləndirici kitabçalar
- Fərqindəlik mesajlı bannerlər və çap materialları
Media və İctimaiyyətlə Əlaqə:
- Tədbirin foto və video çəkilişi aparıldı
- Hazırlanan kontent Fərqindəlik Layihəsinin sosial şəbəkələrində yayımlandı
- AƏRTAC və televiziya kanallarında aksiyaya dair süjetlər təqdim olundu
Təşkilati Heyət:
- 6 həkim
- 1 videqraf, 1 fotoqraf
- 2 promotor
- 6 nəfərlik All Medical heyəti
Ümumi: 16 nəfərlik təşkilat heyəti
Nəticə:
Zaqatalada keçirilən bu aksiyanın uğuru göstərdi ki, endemik zonalarda aparılan məqsədyönlü səyyar müayinələr, erkən diaqnostika və profilaktik tədbirlərlə xəstəliklərin qarşısını almaq mümkündür. İştirakçılar arasında maarifləndirməyə olan maraq və fəallıq, layihənin sosial təsirini bir daha təsdiqlədi.
Fərqindəlik Layihəsi olaraq, gələcəkdə də regionlar üzrə bu tip aksiyaları davam etdirərək sağlam cəmiyyətin qurulmasına töhfə verməyə davam edəcəyik.