• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Xaçmazda Keçirilən Səyyar Tibbi Aksiya 300-dən Çox İnsanı Əhatə Etdi

25 Mart 2025

25 mart 2025-ci il tarixində Xaçmaz rayonu, ER Med Klinikası ərazisində Fərqindəlik Layihəsi, PAŞA Holding, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və tərəfdaş qurumların birgə təşkilatçılığı ilə genişmiqyaslı Səyyar Müayinə və Maarifləndirmə Aksiyası uğurla həyata keçirildi.

Bu aksiya endokrin xəstəliklərin erkən diaqnostikası və profilaktikasına yönəlik maarifləndirmə məqsədi daşıyırdı və region sakinləri tərəfindən yüksək maraqla qarşılandı.

Əsas Nəticələr:

  • 300-dən çox Xaçmaz sakini endokrinoloq müayinəsində iştirak etdi
  • 139 nəfərdə şəkərli diabet ilkin mərhələdə aşkarlanaraq qeydiyyata alındı
  • Aşkarlanmış hallara şəkərölçmə cihazları təqdim edildi
  • Ağır vəziyyətdə olan şəxslər İcbari Tibbi Sığorta çərçivəsində müalicəyə yönləndirildi

Tibbi Xidmətlər:

  • Qan şəkərinin ölçülməsi və təhlili
  • Diabet riski faktorlarının müəyyənləşdirilməsi
  • Qalxanvari vəzin ultrasəs müayinəsi
  • Uşaqlarda və böyüklərdə diabetin erkən diaqnostikası

Həkim Heyəti:

  • Dr. Turan Kərimova – Terapevt-endokrinoloq
  • Dr. Röya Sarıcanova – Endokrinoloq
  • Dr. Xanım Atayeva – Endokrinoloq

Maarifləndirici Fəaliyyətlər:

  • Diabetin erkən aşkarlanması və düzgün qidalanma mövzusunda seminarlar
  • Həkimlərlə sual-cavab sessiyaları və fərdi məsləhətlər
  • “Dilək Ağacı” aktivliyi – iştirakçılar motivasiyaedici mesajlarını yazaraq ağaca asdılar
  • Fotozona və sağlam içkilərlə interaktiv mühit yaradıldı

Media və Sosial Əlaqə:

  • Aksiya video və foto çəkilişi ilə sənədləşdirildi
  • Hazırlanan kontent Fərqindəlik Layihəsinin sosial şəbəkələrindəAƏRTAC, CBC, AzTV kimi platformalarda yayımlandı

Təşkilat Heyəti:

  • 3 həkim
  • 1 videqraf, 1 fotoqraf
  • 2 promotor
  • 6 nəfərlik All Medical işçi heyəti
    Ümumi: 13 nəfərlik peşəkar komanda

Layihənin Təsiri: Davamlı Maarifləndirmə ilə Real Nəticələr

Xaçmaz aksiyası sübut etdi ki, maarifləndirmə işi artıq regionlarda davranış dəyişikliyinə səbəb olur. Əhalinin tibbi maarif səviyyəsi artır, insanlar sağlamlıqlarına qarşı daha məsuliyyətli yanaşmağa başlayır. Bu isə “Fərqindəlik” Layihəsinin sosial təsirini bir daha nümayiş etdirir.

Erkən tibbi müayinə yalnız fərdi sağlamlığın qorunması deyil, bütövlükdə cəmiyyətin rifahına qoyulan mühüm investisiyadır. Fərqindəlik Layihəsi bu missiyanı davam etdirərək yüzlərlə insanın həyatına müsbət təsir göstərməyə davam edir.