14-15 mart 2025-ci il tarixlərində PAŞA Holding, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Fərqindəlik Layihəsi, Sabirabad Klinikası və All Medical şirkətinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda növbəti Səyyar Tibbi Müayinə və Maarifləndirmə Aksiyası uğurla həyata keçirildi.
Tədbir çərçivəsində 300-ə yaxın vətəndaş aksiyada iştirak etmiş, 150-yə yaxın insan isə həkim müayinəsindən keçmişdir. Aksiya, erkən müayinə vərdişlərinin aşılanması və xəstəliklərin profilaktikasının təşviqi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Tibbi xidmətlər və statistik nəticələr
Aksiya çərçivəsində aşağıdakı xidmətlər təqdim olundu:
30 nəfərdə şəkər xəstəliyi ilkin mərhələdə müəyyən edilib və 60 yaşdan yuxarı şəxslər arasında şəkər aşkarlanması halları üstünlük təşkil edib. Eyni zamanda, 50-dən çox iştirakçı ilk dəfə endokrinoloq müayinəsində olduğunu bildirib.
Müalicəyə ehtiyacı olan şəxslər İcbari Tibbi Sığorta çərçivəsində analiz, cihaz təminatı və prosedurlara yönləndirildi. 30 nəfərə isə şəkərölçmə cihazları təqdim edildi.
Həkim heyəti:
Maarifləndirmə və seminarlar
Aksiya çərçivəsində keçirilmiş maarifləndirici tədbirlər:
Promo və maarifləndirmə alətləri:
Xüsusi aktivliklər: Dilək Ağacı
Aksiyada iştirakçılar öz arzu və motivasiya mesajlarını Dilək Ağacına yazaraq asdılar. Bu, həm simvolik, həm də motivasiyaedici bir atmosfer yaratdı. Eyni zamanda:
Media və ictimaiyyətlə əlaqə
Aksiya haqqında məlumat:
Təşkilati heyət:
Aksiyada 5 həkim, 2 promotor, videqraf, fotoqraf və All Medical şirkətindən 5 nəfərlik texniki və koordinasiya heyəti daxil olmaqla ümumilikdə 15 nəfərlik komanda iştirak etdi.