• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Mingəçevirdə 500-dən Çox Şəxs Səyyar Tibbi Aksiyada İştirak Etdi

05 Aprel 2025

5 aprel 2025-ci il tarixində Mingəçevir şəhərində, Medipark Klinikası ərazisində Fərqindəlik Layihəsi, PAŞA Holding, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Medipark KlinikasıAll Medical şirkətinin təşkilatçılığı ilə növbəti Səyyar Müayinə və Maarifləndirmə Aksiyası həyata keçirildi.

Aksiya həm iştirakçı sayı, həm də sosial təsiri baxımından regionda ən geniş əhatəli tədbirlərdən biri oldu. Xüsusilə gənclər və tələbələrin aktiv iştirakı diqqət çəkdi.


Aksiyanın Nəticələri:

  • 520 nəfər sakin ödənişsiz tibbi müayinədən keçdi
  • 107 nəfərdə şəkər xəstəliyi aşkarlandı və qlikometrlərlə təmin olundu
  • Qalxanvari vəzdə ciddi patologiyalar aşkarlanan şəxslər ixtisaslaşdırılmış müalicəyə yönləndirildi
  • 15 şəhid ailəsinin üzvü növbəsiz müayinədən keçdi və onlara şəkərölçmə cihazı və təzyiq ölçmə aparatı hədiyyə olundu
  • Müayinə olunanların əhəmiyyətli hissəsi 15-25 yaş arası gənclər oldu, bu isə sağlamlıq mövzusunda artan ictimai marağı göstərdi

Həkim Heyəti:

  • Endokrinoloqlar:
    Dr. Fərhad Burzu
    Dr. Yeganə Əhmədova
    Dr. Atayeva Xanım
    Dr. Gülxanım Qurbanova
    Dr. Röya Səricanova (USM üzrə)
  • Dermatoloq: Dr. Leyla Burzu

Tibbi Xidmətlər:

  • Qan şəkərinin ölçülməsi
  • Diabetin erkən aşkarlanması (uşaqlarda və böyüklərdə)
  • Qalxanvari vəzin USM müayinəsi
  • Dəri problemlərinin ilkin diaqnostikası və tövsiyələr

Maarifləndirmə və Seminarlar:

  • Diabetin erkən aşkarlanması və qarşısının alınması
  • Sağlam qidalanma və aktiv həyat tərzi
  • Mövsümi dəri problemləri və profilaktika
  • Həkimlərlə fərdi konsultasiyalarsual-cavab sessiyaları

Promo və Maarifləndirici Vasitələr:

  • Flayerlər və broşürlər
  • Diabet və dəri sağlamlığı ilə bağlı kitabçalar və çap materialları
  • Motivasiya və fərqindəlik yönümlü təqdimatlar

Sosial Zona və “Dilək Ağacı” Aktivliyi:

  • İştirakçılar arzu və mesajlarını "Dilək Ağacı"na yazaraq asdılar
  • Foto zona və motivasiya stendi quruldu
  • İştirakçılara sağlam içkilər təqdim olundu
  • Xatirə şəkilləri çəkildi

Media və Sosial Əlaqə:

  • Tədbir video və foto çəkilişlə sənədləşdirildi
  • Kontent Fərqindəlik Layihəsinin sosial şəbəkə hesablarında yayımlandı
  • Aksiya barədə AƏRTAC və televiziya kanallarında xüsusi reportajlar yayımlandı

Təşkilati Heyət:

  • 6 endokrinoloq
  • 1 dermatoloq
  • 2 promotor
  • 1 videqraf, 1 fotoqraf
  • 6 nəfərlik All Medical texniki heyət
    Ümumi: 17 nəfərlik peşəkar komanda

Nəticə:

Mingəçevirdə baş tutmuş bu aksiya regionda ictimai sağlamlığa olan marağın artdığını və xüsusilə gənc nəslin tibbi maarifləndirmə proseslərinə aktiv qoşulduğunu sübut etdi. Eyni zamanda, şəhid ailələrinə xüsusi yanaşma göstərilməsi layihənin sosial həssaslıq prinsiplərinə verdiyi önəmi ortaya qoydu.

Bu uğurlu model növbəti aksiyalar üçün nümunə olaraq qəbul olunacaq və Fərqindəlik Layihəsi olaraq cəmiyyətin sağlam gələcəyi naminə fəaliyyətimiz davam etdiriləcək.