• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Masallıda 400-dən Çox Sakin Səyyar Tibbi Aksiyada İştirak Etdi

29 Mart 2025

28-29 mart 2025-ci il tarixlərində Masallı rayonu, Bioloji Təbabət Klinikası ərazisində Fərqindəlik Layihəsi, PAŞA Holding, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Masallı Bioloji Təbabət KlinikasıAll Medical şirkətinin təşkilatçılığı ilə növbəti Səyyar Müayinə və Maarifləndirmə Aksiyası uğurla həyata keçirildi.

Bu aksiya yerli əhali arasında sağlamlıq maarifləndirilməsi, diabet və digər endokrin xəstəliklərin erkən diaqnostikası baxımından önəmli rol oynadı.


Aksiyanın Əsas Məqsədləri:

  • Erkən tibbi müayinə vərdişlərini təşviq etmək
  • Diabet və digər endokrin xəstəliklərlə bağlı maarifləndirmə aparmaq
  • Keyfiyyətli tibbi xidmətin region sakinlərinə əlçatanlığını təmin etmək
  • Risk faktorlarını vaxtında müəyyənləşdirərək preventiv tədbirlər görmək

Nəticələr:

  • 400-dən çox sakin tibbi müayinələrə cəlb olundu
  • 186 nəfərdə şəkərli diabet ilkin mərhələdə aşkarlandı
  • Aşkarlanan şəxslərə şəkərölçmə cihazları təqdim olundu
  • Ağır klinik hallar İcbari Tibbi Sığorta çərçivəsində müalicəyə yönləndirildi

Tibbi Xidmətlər:

  • Qan şəkərinin ölçülməsi və təhlili
  • Risk faktorlarının müəyyən olunması
  • Diabetin uşaqlarda və böyüklərdə erkən aşkarlanması
  • Qalxanvari vəzin USM müayinəsi

Həkim Heyəti:

  • Dr. Gülxanım Qurbanova – Endokrinoloq
  • Dr. Kəmalə Orucova – Terapevt
  • Dr. Vüsalə Mikayılova – Endokrinoloq
  • Dr. Röya Səricanova – Endokrinoloq
  • Dr. Turan Kərimova – Terapevt
  • Dr. Xanım Atayeva – Endokrinoloq

Maarifləndirici Tədbirlər və Aktivliklər:

  • Seminarlar: Diabetin ilkin əlamətləri, sağlam qidalanma, həyat tərzi
  • Fərdi məsləhətlər və sual-cavab sessiyaları
  • Promo materiallar: flayerlər, kitabçalar, motivasiyaedici çap materialları
  • “Dilək Ağacı” aktivliyi: iştirakçılar arzularını ağaca asaraq həm sosial mesaj verdilər, həm də motivasiya mühiti yaratdılar
  • Sağlam içkilər təqdim olundu, fotozona qurularaq xatirə şəkilləri çəkildi

Media və Sosial Əlaqə:

  • Tədbir foto və video çəkilişlə sənədləşdirildi
  • Aksiya barədə AZƏRTAC-da xüsusi reportaj yayımlandı
  • Fərqindəlik Layihəsinin sosial media platformalarında geniş şəkildə paylaşım olundu
  • Tədbir kontenti televiziya kanalları və digər media orqanlarında yayımlandı

Təşkilati Heyət:

  • 6 həkim
  • 1 videqraf
  • 1 fotoqraf
  • 2 promotor
  • 8 nəfərlik All Medical heyəti
    Ümumilikdə: 18 nəfərlik peşəkar komanda

Nəticə:

Masallı rayonu üzrə keçirilmiş bu aksiya, iştirakçı sayı və aşkarlanmış halların statistikası baxımından bu günə qədərki səyyar tibbi aksiyalar arasında ən geniş əhatəli və effektli tədbir kimi yadda qaldı. 186 nəfərdə diabetin aşkar edilməsi regionda profilaktik müayinələrin zəruriliyini bir daha vurğuladı.

Həkim heyətinin geniş tərkibi, fərdi yanaşma və sistemli təşkilatçılıq bu aksiyanı uğurlu edən əsas amillərdən biri oldu. Fərqindəlik Layihəsi olaraq məqsədimiz cəmiyyətin sağlam gələcəyi üçün davamlı olaraq profilaktik və maarifləndirici tədbirləri genişləndirməkdir.