• +994 50 738 7434
  • info@ferqindelik.az
  • Ceyhun Hacıbəyli küçəsi 12B/4

Göyçayda “Fərqindəlik” Layihəsi Çərçivəsində Səyyar Tibbi Aksiya Keçirildi

07 Mart 2025

7 mart 2025-ci il tarixində PAŞA HoldingAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Göyçay rayonunda “Fərqindəlik” layihəsi çərçivəsində Səyyar Müayinə və Maarifləndirmə Aksiyası həyata keçirildi.

Bu genişmiqyaslı aksiya əhalinin sağlamlıq vəziyyətinin erkən mərhələdə yoxlanması və profilaktik tədbirlərə diqqətin artırılması məqsədi daşıyırdı. Aksiyada əsas hədəf erkən diaqnostikanın əhəmiyyətini ön plana çəkmək və maarifləndirici fəaliyyətlərlə xəstəliklərin qarşısını almaq olmuşdur.

Tibbi Xidmətlər və İştirakçılar

Aksiya çərçivəsində:

  • Milli Onkologiya Mərkəzinin həkimləri – Gülmira Əliyeva, Gülşən Mahmudova və Elmira Vəliyeva tərəfindən onkoloji müayinələr,
  • Endokrinoloqlar – Cavid Əliyev və Röyal Həsənov tərəfindən isə diabet müayinələri həyata keçirilmişdir.

Ümumilikdə 100-dən çox vətəndaş tibbi müayinədən keçmiş, bir neçə qadında onkoloji xəstəliklərə dair ilkin şübhələr, digər şəxslərdə isə şəkərli diabetin əlamətləri müəyyən olunmuşdur.

Xüsusi Tədbirlər və Maarifləndirmə

Aksiya 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi tədbirlə yekunlaşmış, iştirakçılara müxtəlif hədiyyələr təqdim edilmişdir:

  • Tibbi personal üçün gül buketləri,
  • İştirakçılara maarifləndirici bukletlər, flayerlər və “Erkən müayinə həyat qurtarır” şüarlı şarlar,
  • Şəkəri yüksək olanlara qlikometrlər və istifadəsi ilə bağlı ətraflı izah,
  • Hər xəstəyə fərdi tibbi tövsiyələr,
  • Fotozona və qeydiyyat məntəqələri ilə aktiv iştirak mühiti yaradılmışdır.

Layihənin Davamlılığı

“Fərqindəlik” layihəsi çərçivəsində ölkənin 24 rayonunda bu cür aksiyaların keçirilməsi planlaşdırılır. Göyçayda keçirilən tədbir bu silsilənin ilk mərhələsi olmuşdur və uğurla başa çatmışdır.

Əməkdaşlıq və Təşkilati Dəstək

Tədbirin uğurla həyata keçirilməsində:

  • Göyçay Rayon İcra Hakimiyyəti,
  • Bioloji Təbabət Klinikası mühüm rol oynamış,
  • Klinikada çalışan tibbi heyət yüksək peşəkarlıqla xidmət göstərmişdir.